Qida məhsullarının təchizatı
Azərbaycandakı alıcılar üçün qida məhsullarını tapır, keyfiyyətini yoxlayır və vaxtında çatdırırıq.
Qida məhsullarını Azərbaycanda satır, idxal və ixrac edirik. Beynəlxalq korporativ şirkətlərə yerində catering xidməti göstəririk.
NET PROCUREMENT AND SOLUTIONS olaraq 2014-cü ildən qeydiyyatdayıq. 2025-ci ildə fəal işə başladıq və o gündən addım-addım müştərilərimizin etibarını qazanaraq böyüyürük.
Adımızı bilərəkdən seçmişik: Azərbaycan dilində «net» aydın və dürüst deməkdir, ingilis dilində isə əlaqələr şəbəkəsi.
Bu gün yerli və xarici alıcılarla işləyirik. Prinsipimiz isə dəyişməyib: hər şey əvvəlcədən aydın razılaşdırılır.
Azərbaycandakı alıcılar üçün qida məhsullarını tapır, keyfiyyətini yoxlayır və vaxtında çatdırırıq.
Xarici tədarükçülər və alıcılarla işləyirik. Məhsulu bir ölkədən digərinə çatdırır, şərtləri əvvəlcədən yazılı razılaşdırırıq.
Beynəlxalq korporativ şirkətlərin heyəti üçün yeməyi birbaşa iş yerində, quruda və ya dənizdə, hazırlayır və təqdim edirik.
Sorğunuza tez cavab veririk, sifarişi vaxtında çatdırırıq.
Məhsulu və yeməyi göndərmədən əvvəl yoxlayırıq.
Qiymət və şərtlər əvvəlcədən yazılır. Sonradan sürpriz olmur.
Kəndli, fermer və ya şirkət, fərqi yoxdur. Bir neçə sadə addımda sorğunuzu göndərin, qalanını biz edirik.
Məhsul, miqdar və çatdırılma yerini yazın. Ən qısa zamanda cavab verək.